Trampın yeni prezidentlik dövrü: ABŞ "qızıl əsr"ini yaşayacaqmı?

Növbəti dəfə ABŞ prezidenti vəzifəsinin icrasına başlayan Donald Tramp ölkə tarixinə ən qocaman lider kimi düşüb. O, "ABŞ-nin qızıl əsri məhz indi başlayır" deyərək, Birləşmiş Ştatların var-dövlətini artıracağını, ərazisini genişləndirəcəyini, bayrağını Mars da daxil olmaqla, yeni üfüqlərə asacağını bəyan edib. Ölkəyə gəlirlərin xaricdən gələcəyini və bunun üçün Xarici Gəlir Xidmətinin yaradıldığını bildirib. Tramp ölkənin yenidən varlanacağını, inflyasiyanı azaltmaq üçün administrasiyasının dərhal işə başlayacağını dilə gətirib. ABŞ yenidən istehsal edən bir ölkə olacaq deyən Tramp, ölkədə neft və qaz üzrə qazma işlərinin sürətlənəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ hökumətində yalnız kişi və qadın olmaqla, iki cinsin siyasəti olacaq, "dəri rənginə baxmadan ləyaqət qiymətləndiriləcək".