O, Azərbaycanın kino salnaməsinə yeni səhifələr bəxş edib, milli kinomuzun tarixində həmişə sevilərək baxılan filmlər yadigar qoyub. Gənc kinematoqrafların yetişməsində mühüm rol oynayan "Debüt" studiyasını yaradıb. Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru kimi gənclərin yetişməsində böyük rol oynayıb. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının fəxri prezidenti kimi audiovizual müəlliflərin yaradıcı və sosial hüquqlarının qorunmasını təmin etmək üçün çalışıb.
What's Your Reaction?