Bakıda 140-dan çox binada liftlər yenilənəcək

Prezident İlham Əliyev bu günlərdə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, respublikanın yeddi şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə doqquz milyon 940 min manat vəsait ayrılıb. Ayrılan vəsait hesabına Bakıda 141, Sumqayıtda 30, Naxçıvanda 11, Gəncədə 10, Xırdalanda beş, Qazaxda iki, Bərdədə bir yeni liftin istifadəyə verilməsi nəzərdə tutulur.