Yanvarın 6-da, yeni ilin ilk iş günündə Prezident İlham Əliyev Rusiya səmasındakı təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb. Dövlət başçısının hərbi müdaxiləyə məruz qalma nəticəsində faciəvi şəkildə qəzaya uğrayan təyyarə barədə dekabrın 29-da verdiyi sərt bəyanatlardan cəmi bir həftə sonra Azərbaycanın haqlı tələblərini yenidən səsləndirməsinin, özü də bunu həlak olan ekipaj üzvlərinin ailələri ilə görüşdə etməsinin simvolik əhəmiyyəti var. Prezident İlham Əliyevin bu addımı dünyaya və konkret olaraq Rusiyaya rəsmi Bakının prinsipial mövqeyinin bir daha çatdırılması kimi qəbul edilməlidir. Başqa sözlə, Azərbaycan vətəndaşlarını ən ağır anlarda belə yalnız buraxmır, günahkarların cəzalandırılması tələbi isə heç bir müzakirə mövzusu ola bilməz.
What's Your Reaction?